2009 - İdeya sizdən - dəstək bizdən
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.

14 İyun 2018

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Kovörkinq mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.

Qarşılıqlı maraqların təmin olunmasını hədəfləyən tərəfdaşlıq çərçivəsində iki tərəf arasında qurulan sıx işgüzar əlaqə ilə Barama mərkəzi və onun müştəriləri "Start'' coworking mərkəzinin geniş, rahat və yüksək standartlara cavab verən iş yerləri və görüş otaqlarından güzəştli şərtlərlə və ya ödənişsiz yararlanma imkanı əldə edir.

Start Barama tərəfindən seçiləcək aylıq maksimum 3 nəfərə bir həftəlik Start mərkəzinin kovörkinq otaqlarından ödənişsiz istifadə imkanı yaradır, o cümlədən, yaratdığı “Barama Aylıq” və “Barama Həftəlik” güzəştli ödəniş paketlərinə Barama tərəfindən seçilən maksimum 10 nəfərə 15 faiz endirim tətbiq edir.

İmkandan yararlanmaq üçün saytda Barama başlığının altında olan Coworking linkinə yaxud aşağıdakı linkə daxil olmaq və bilet əldə etmək lazımdır.

Qeyd edək ki, “Early Bird” biletlərini əldə edənlər Barama Aylıq və Barama Həftəlik ödəniş paketlərinə 15%, "Standart bilet" əldə edənlər isə 5% endirim əldə edəcəklər.

Bilet əldə etmək üçün tələb olunan formanı doldurduqdan dərhal sonra qeyd etdiyiniz e-mail-ə əlavədə gələn elektron bileti çap etmək və ya telefonda saxlamaqla qeydiyyat günündən etibarən bir həftə ərzində Caspian Plaza-da Start Coworking Mərkəzinin ofisinə yaxınlaşaraq check-in etməyiniz lazımdır. Əks halda qeydiyyatınız ləğv olunacaqdır. Əldə etdiyiniz endirimi qeydiyyat günündən etibarən bir ay müddətində istifadə edə bilərsiniz.

Start Coworking Mərkəzində endirimli yerinizi ayırmaq üçün QEYDİYYAT-dan keçin.

Start coworking mərkəzi haqqında əlavə məlumat: startbaku.az

Oxşar Məlumatlar

"Barama Junior: Coding Kids IT Summer School" layihəsi yenidən başlayır
12 İyul 2018
"Barama Junior: Coding Kids IT Summer School" layihəsi yenidən başlayır
Ətraflı
«A
28 İyun 2018
«A'Startup 2018» sammitinə startapların qeydiyyatı başladı! Azərbaycanda A’Startap Sammiti “Barama” mərkəzinin dəstəyi ilə keçirilir.
Ətraflı
Azərbaycanın ən yaxşı startapı seçildi . Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
08 İyun 2018
Azərbaycanın ən yaxşı startapı seçildi . Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
Ətraflı