2009 - İdeya sizdən - dəstək bizdən
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni veb saytını təqdim edir

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni veb saytını təqdim edir

17 Noyabr 2014 Announcements

2009-cu ildə Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin saytı artıq yeni formatda fəaliyyətə başlayır. Əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edən Baramanın yeni saytı fərqli dizayndadır. Sayt iki dildə fəaliyyət göstərir: Azərbaycan və ingilis. Yeni interfeysdə Ana səhifədəki Barama, Startuplar, Barama TV, Blog və Əlaqə kimi başlıqlar şəbəkə istifadəçisini mərkəzin fəaliyyəti ilə yaxından tanış edir. Bundan əlavə Barama səhifəsində daha bir Barama fərqi var - "İdeya təklif et" bölməsi. Artıq öz şirkətini qurmaq yolunda ilk addımlarını atanlara burada on-line şəkildə qeydiyyatdan keçmək və öz ideyasını layihələndirmək fürsəti yaradılıb. Ana səhifədən həm də arxivə birbaşa keçid etmək mümkündür. Barama düyməsi layihə haqqında, İnkubasiya proqramı, qurumun idarə heyəti, mentorlar, ofis, partnyorlar haqqında ətraflı məlumat almağa yardımçı olur. Burada F.A.Q. və ayrıca xəbərlər-elanlar bölməsi də fəaliyyət göstərir. Startuplar bölməsində Baramda fəaliyyətdə olan və fəaliyyətini yekunlaşdırmış startup-lar haqqında ətraflı məlumat verilir və layihə rəhbərləri təqdim edilir. Barama TV isə mərkəzin tərkibində formalaşan on-line tv layihəsinə girişi təmin edir. Burada internet istifadəçiləri müxtəlif maraqlı video materiallar izləyəcək və Baramanın fəaliyyəti ilə yaxından tanış ola biləcəklər. Bloglar Barama izləyicilərini müxtəlif sahələrdə baş verən yeniliklər və maraqlı məlumatlarla tanış edəcək. Əlaqə bölməsində Baramanın sosial platformadakı ünvanları və digər əlaqə vasitələri göstərilib. Barama olaraq, sayt haqqındakı fikir, rəy və təklifləri dəyərləndirməyə hazırıq.

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı