2009 - İdeya sizdən - dəstək bizdən
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .

24 May 2019
 
22 may tarixində Lənkəran Dövlət Universiteti nəzdində  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. “Akhundoff Group” şirkəti tərəfindən ən müasir avadanlıqla təchiz olunan ofisdə gənclər üçün sahibkarlıq və informasiya texnologiyaları mövzularını əhatə edən təlimlərin keçirilməsi, onlara müxtəlif layihələrin hazırlanmasında yardım edilməsi nəzərdə tutulub.
 
Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya Lənkəran Dövlət Universitetinin rəsmilərinə və “Akhundoff Group” şirkətinin rəhbərliyinə bu təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür etdi. Azercell tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafına töhfə vermək məqsədilə 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətindən bəhs edən Nigar Şıxlinskaya, yeni açılan ofisin gənclərə əvəzsiz təcrübə bəxş edəcəyini söylədi. O, həmçinin regional Barama ofislərinin paytaxt və bölgə universitetlərində təhsil alan tələbələri startap sahəsində bərabər inkişaf imkanları ilə təmin edəcəyini vurğuladı. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov öz nitqində yeni istifadəyə verilən mərkəzin əsas məqsədinin kənd təsərrüfatı və texnologiyanı birləşdirmək, bu sahədə ixtisaslı kadrlar, proqramçılar yetişdirmək olduğunu bildirdi.
Qeyd etmək istərdik ki, Azercell hər zaman gənclərin peşəkar inkişafına və onların mütərəqqi ideyalarının həyata keçirilməsinə 

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı