2009 - İdeya sizdən - dəstək bizdən
“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb

“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb

31 Avqust 2018

Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb

 

“Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uşaqlarda rəqəmsal sahəyə marağı artırmaq və rəqəmsal ekosistemin inkişafına dəstək olmaq məqsədi ilə həyata keçirdiyi “Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla yekunlaşıb. 31 avqustda dərslərdə iştirak edən məktəblilərin, o cümlədən valideynlərin, müəllimlərin və qonaqların iştirakı ilə layihənin başa çatmasına həsr olunan xüsusi tədbir keçirilib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatoru Fidan Tofidi layihənin hər kəs tərəfindən maraqla qarşılanmasını və təlimdə iştirak üçün müraciətlərin sayının çoxluğunu sevindirdirici hal kimi qiymətləndirib: “İlk 8 gün ərzində 300-dən çox məktəbli layihədə iştirak üçün qeydiyyatdan keçdi. “Barama Junior: Coding Kids IT Summer School” layihəsinə başlayan zaman bizim bir məqsədimiz var idi: gələcəyimiz olan uşaqlara faydalı olmaq. Ümid edirəm, bu məqsədimizə nail olduq”- deyən mərkəzin koordinatoru aparılan seçimlər nəticəsində 25 məktəblinin proqramda iştirak etdiyini bildirib.

Tədbirdə təlimin iştirakçısı olan məktəblilər və valideynlər də layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər. Mərasimin sonunda məktəblilərə sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki,  “Coding Kids – IT Summer School” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə , daha faydalı imkanlarını izah etməyi, onların proqramlaşdırma sahəsinə olan marağını real və praktiki biliyə çevirmək üçün həyata keçirilib. 9-15 yaşlı məktəblilər üçün reallaşan layihə çərçivəsində iştirakçılara 4 həftə ərzində Python proqramlaşdırma dili, Raspberry Pi mikrokompüteri və HTML texnologiyası tədris edilib. Kursun sonunda məktəblilər əldə etdikləri bilikləri təcrübədə tətbiq edərək, saxsı bitkiləri üçün  avtomatik sulama cihazını hazırlayaraq proqramlaşdırıblar.. İnteraktiv tədris metodları əsasında  keçirilən dərslər “Coding Club Kids” şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və “Coding Club Kids” şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılıb.

Oxşar Məlumatlar

Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzində olan və bizimlə birgə adddımlayan Sumaks Techologies artıq daha böyük layihələrə və təşəbbüslərə imza atır.
17 Noyabr 2018
Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzində olan və bizimlə birgə adddımlayan Sumaks Techologies artıq daha böyük layihələrə və təşəbbüslərə imza atır.
Ətraflı
 Proqramçıların sevimli müsabiqəsi başlayır!
08 Noyabr 2018
Proqramçıların sevimli müsabiqəsi başlayır!
Ətraflı
Barama Tech Scholarship 2018
06 Noyabr 2018
Barama Tech Scholarship 2018
Ətraflı