2009 - İdeya sizdən - dəstək bizdən
Barama Media ilk vox-popunu keçirdi

Barama Media ilk vox-popunu keçirdi

17 Dekabr 2014 Announcements

Barama  ilə sizi tanış etdilər. Layihə haqında fikirlərinizi bölüşərdiz zəhmət olmasa.

Məmməd Hüseynov (ali məktəb müəllimi, mühəndis): Mən bu layihə ilə çox maraqlanmışam , elə oğlum da bu layihəyə qoşulmaq istəyib. Orada nümayiş olunan qurğunu da bəyəndim. Biz də öz tələbələrimizlə belə qurğular üzərində işləyirik, amma bu örnək çox xoşuma gəldi.

Arzu Əhmədova(tələbə): Çox gözəl layihədi. Mən özüm baxmayaraq ki, tələbəyəm amma burada iştirak etməyi planlayıram. Yəni tələbə yoldaşlarımla gələcəkdə öz layihələrimizi bura təklif etmək barədə düşünürük.

Sevda Əliyeva (marketoloq): İdeya çox yaxşıdı amma baxarıq necə işləyəcəklər. İnkişaf eləmək lazımdı.

Ulduz Kərimova (iqtisadçı): Azərbaycanda startaplara şərait yaradırlar bu çox yaxşıdı. Ən böyük mobil operatorumuz Azercell isə ən azından startapları düşünür bu çox təqdirəlayiqdir.

Samir Həsənli (iqtisadçı): Tanış oldum ama təcrübədə necə həyata keçirəcəklər bu mənə daha çox maraqlıdı. Ağlabatan ideyadı ümumilikdə.

Elbəy Hətəmli (it mühəndis): Təqdim edilən qurğuları hazırlayanları tanıyırdım və bu barədə az-çox məlumatım vardı sadəcə işləmə mexanizmi barədə yaxından tanış oldum. O ki qaldı, Barama layihəsinə məncə gələcəkdə böyük uğurlar qazana biləcək bir ideyadı. Və fərqli yenilikləri öz ətrafında toplasa daha yaxşı olar.

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı