2009 - İdeya sizdən - dəstək bizdən
Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir

Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir

23 Mart 2017 Announcements

Barama Media Mərkəzi” tələbələrin istifadəsinə verilir

 

Azercell Telekom MMC Bakı Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində Barama Media Mərkəzini tələbələrin ixtiyarına verib. BDU -nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.

Mərkəzin açılış mərasimində çıxış edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov yaradılan Media Mərkəzin tələbələrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd edib: “Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalanıb, xüsusi laboratoriyalar quraşdırılıb. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar”

 

Xatırladaq ki, ötən il Azercell ilə BDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Şirkət BDU-da 3-cü və 4-cü kursda təhsil alan və yüksək təhsil göstəriciləri olan tələbələr üçün aylıq təqaüd layihəsinə başlayıb. Qalib tələbələr 1 il ərzində hər təhsil ayı üzrə “Azərcell Telekom”-dan 200 manat təqaüd almaq və şirkətin müxtəlif tədbirlərində iştirak etmək şansı əldə edirlər.

Məlumat üçün bildirək ki, Barama Media Mərkəzi Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə yaradılıb.

Oxşar Məlumatlar

"Barama Junior: Coding Kids IT Summer School" layihəsi yenidən başlayır
12 İyul 2018
"Barama Junior: Coding Kids IT Summer School" layihəsi yenidən başlayır
Ətraflı
«A
28 İyun 2018
«A'Startup 2018» sammitinə startapların qeydiyyatı başladı! Azərbaycanda A’Startap Sammiti “Barama” mərkəzinin dəstəyi ilə keçirilir.
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.
14 İyun 2018
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.
Ətraflı