2009 - İdeya sizdən - dəstək bizdən
Barama Mərkəzi 7 startapa öz biznesini qurmağa dəstək göstərəcək

Barama Mərkəzi 7 startapa öz biznesini qurmağa dəstək göstərəcək

16 Oktyabr 2018

Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz innovativ ideyalarını biznesə çevirmək, uğurlu karyera qurmaq  istəyənlər üçün elan etdiyi 3-cü Barama İnkubasiya Proqramında seçimləri başa çatıb.

Münsiflər heyətinin qərşısında çıxış edən 14 startapdan yüksək bal toplayan 7  layihə  proqramda iştirak etmək haqqı qazanıblar. Seçimlərdən uğurla keçən komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlu konfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq.

İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilir. Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilən proqram, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır.

Layihə ölkədə  startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı verir.

Oxşar Məlumatlar

 Bakıda " Blockchain Azərbaycan Konferensiyası 2018 " keçirildi.
08 Dekabr 2018
Bakıda " Blockchain Azərbaycan Konferensiyası 2018 " keçirildi.
Ətraflı
6-cı Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı
29 Noyabr 2018
6-cı Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı
Ətraflı
36 saatlıq kodlaşdırma marafonu başladı!
24 Noyabr 2018
36 saatlıq kodlaşdırma marafonu başladı!
Ətraflı