2009 - İdeya sizdən - dəstək bizdən
Barama Mərkəzi və GDG Baku növbəti TechTalks görüşünü keçirib

Barama Mərkəzi və GDG Baku növbəti TechTalks görüşünü keçirib

15 Oktyabr 2012

Azərbaycanda ilk dəfə olaraq proqramçıların təcrübə mübadiləsinə həsr olunmuş "Baku Tech Talks" layihəsi reallaşdırılır. Azercell-in Barama İnnovasiya Mərkəzi və Google Developers Group (GDG) Baku tərəfindən reallaşdırılan proqramın əsas məqsədi İnformasiya Texnologiyaları sahəsində təcrübəsi olan şəxsləri, şirkət nümayəndələrini bir araya gətirmək, müzakirələr yolu ilə maraqlı və faydalı məlumatları paylaşmaqdan ibarətdir.

Proqram çərçivəsində oktyabrın 13-də Azercell-in baş ofisində "Web and Mobile App Design" mövzusunda növbəti texnologiya görüşü baş tutub. Həm İKT, həm də biznesi təmsil edən iştirakçıların müxtəlif sahələrin ekspertlərinin çıxışını dinləmək, onlara öz suallarını ünvanlamaq imkanı yaranıb. Toplantıda həmçinin Azərbaycanda fəaliyyət göstərən dizayn studiyalarını təmsil edən mütəxəssislər təqdimatla çıxış ediblər. Onlardan biri, Barama iştirakçısı, “Rahimoff Studio” dizayn şirkətinin rəhbəri Zaur Rəhimov dizayn haqqında ümumi məlumatları, ölkədə bu sahədəki mövcud durumla bağlı məlumatları səsləndirib. “Safaroff Studio” şirkətinin vebdizayneri Knyaz Yaqublu və McCan Ericson Azerbaijan şirkətinin mütəxəssisi Rəsul Həsənov Veb və Mobil tətbiqetmələrin dizaynı sahəsində istifadə olunan texniki alətlər haqqında informasiyaları paylaşıblar. Tədbir zamanı Azərbaycanda veb və mobil dizayn sahəsinin inkişafına dair təkliflər də müzakirəyə çıxarılıb.

Qeyd edək ki, bu görüş "Baku Tech Talks" layihəsi çərçivəsində ilk belə  müştərək tədbir deyil. İndiyə kimi Azercell-in dəstəyilə İKT mütəxəssisləri arasında “Mobile App Talks”, "Web Talks", "Startup Talks" və digər maraqlı mövzularda texnologiya görüşləri keçirillib. "Baku Tech Talks" tədbirinə  Mobiz.az,  İnfoCity jurnalı və Target Magazine onlayn jurnalları dəstək verir.

 

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı