2009 - İdeya sizdən - dəstək bizdən
 Barama Mərkəzi Yeni İnkubasiya programına start verir!

Barama Mərkəzi Yeni İnkubasiya programına start verir!

14 Fevral 2019

10 il təcrübəsi olan Azərbaycanın ilk Biznes İnkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2019 il üçün StartUp qəbulunu açıq elan edir.

 

 “Barama İnkubasiya Proqramı 2019” Barama tərəfindən həyata keçirilən, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsini, geniş miqyasda ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyən və bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz olaraq ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, eləcə də Baramanın peşəkar şəbəkəsi ilə sıx korporativ əlaqələr qurmaq imkanı kimi bir sıra üstünlüklər təklif edən layihədir.

Niyə Barama?

  1. Çünki Məhsul və ya xidmətinizi peşakər dərəcədə təgdim edə bildikdə Azercell , PASHA Bank və diqər korporasiyalar ilə əməkdaşlıq etmə şansı qazanırsınız.
  1. Məhsul və ya xidmətiniz hazır olana gədər Barama Rezidentliyinə davam etmə imkanı.

 

 Barama Rezidenti olmağın 10 əsas üstünlüyü:

1.Şəhərin mərkəzində ödənişsiz ofis (Ofis avadanlıqları, mətbəx və yüksək sürətli internetdən istifadə)


2. Mentor dəstəyi


3. İnvestorlara çıxış imkanı və Maliyyə imkanlarının tapılması


4. Geniş peşəkar şəbəkə və biznes əlaqələri


5. Texniki avadanlıq dəstəyi


6. Təlim sessiyaları və biznes mövzusunda dəyərli kitablardan istlfadə imkanı

7.Ödənişsiz Azercell nömrəsi və hər ay 50 AZN danışıq imkanı.


8. Media, PR və ünsiyyət

9.Qlobal startup müsabiqələrində və tədbirlərdə iştirak etmək imkanı


10. Azercell, PAŞA Bank və EY kimi iri şirkətlərdən olan mütəxəssislərlə konsultasiya və seminarlar.

 

Kimlər müraciət edə bilər?

  • Maraqlı, innovativ və bazar potensialı olan startap ideyası olub hələ başlamayanlar
  • Təklif edəcəyi məhsul və ya xidmətini prototip versiyada hazırlamış startaplar
  • Məhsul və xidməti hazır olan, şirkətləşmə yolunda addımlayan və inkişafa can atan startaplar

İnkubasiya proqramının sonunda rezident startapların təklif etdikləri məhsul və ya xidməti yekun formada hazırlayıb bazara çıxarmaları və gəlirli şirkətə çevrilmələri hədəflənir.

Proqram müddətində startapların fəaliyyəti izlənəcək və proqramın ortasında və sonunda keçiriləcək DemoDay-lərdə startaplar əldə etdikləri nəticələri təqdim edəcəklər. Proqramın sonunda keçiriləcək Final Demo Day-də təqdim olunan nəticələrə əsasən dəyərləndiriləcək startaplar arasından seçiləcək bir startap aşağıdakı üstünlükləri əldə edəcək:

  1. Məhsul və ya xidmətinizi peşakər dərəcədə təgdim edə bildikdə Azercell , PASHA Bank və diqər korporasiyalar ilə əməkdaşlıq etmə şansı.
  1. Barama Rezidentliyinə davam etmə imkanı

 

İnkubasiya proqramında üstünlük verilən əsas istiqamətlər:

  • İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri, Sığorta Həlləri (İnsurtech), Səyahət və Turizm ( TravelTech), SAAS layihələri.

 

Startaplara qoyulan tələblər:

  • Komandanın digər bir işdə çalışmayan ən az 1 üzvü olmalıdır.
  • İnkubasiya proqramı müddətində komandadan bir nəfər hər gün ən azı 4 saat ofisdə olmalı və işləməlidir.
  • Barama tərəfindən tələb olunan hesabatlar və digər sənədlər vaxtı-vaxtında təqdim edilməlidir.

 

 

İnkubasiya proqramına müraciət:

  • Barama İnkubasiya Proqramına müraciət etmək üçün :

https://gate.barama.az/registration.php  linkinə daxil olaraq onlayn formada müraciət formasını doldurmağınız tələb olunur. 

Müraciətlərin qəbulu üçün son tarix: 15 Mart

 Onlayn müraciəti tamamladıqdan sonra təqdim etdiyiniz layihə Barama heyəti tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar seçimin ikinci mərhələsi olaraq biznes planları ilə birgə layihələrini əyani formada təqdim etmək üçün Mart ayı ərzində ofisə dəvət olunacaqlar.

İkinci seçim mərhələsini də uğurla keçmiş komandaların adları açıqlanacaq və həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər.

*Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell və PAŞA Bankın dəstəyi ilə yaranmış Azərbaycanda ilk Biznes İnkubatordur. Yarandığı ildən etibarən startaplara dəstək olmuş, Azərbaycanın Rəqəmsal Ekosisteminin inkişaf etdirilməsi məqsədi istiqamətində bir sıra böyük tədbirlərə ev sahibliyi etmiş, müxtəlif layihələr həyata keçirmişdir. Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

 

Oxşar Məlumatlar

TechCentrum Barama İnnovasiya və Sahibkarlıq Mərkəzilə birlikdə Data Science üzrə 3 aylıq təlimlərə start verir!
19 Mart 2019
TechCentrum Barama İnnovasiya və Sahibkarlıq Mərkəzilə birlikdə Data Science üzrə 3 aylıq təlimlərə start verir!
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mingəçevirdə innovativ layihələri müəyyənləşirməyə dəstək oldu
25 Fevral 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mingəçevirdə innovativ layihələri müəyyənləşirməyə dəstək oldu
Ətraflı
TOM HƏRƏKATINA QOŞUL!
18 Fevral 2019
TOM HƏRƏKATINA QOŞUL!
Ətraflı