2009 - İdeya sizdən - dəstək bizdən
Barama Mərkəzindən sahibkar xanımlara dəstək.

Barama Mərkəzindən sahibkar xanımlara dəstək.

04 Fevral 2019

 

Barama Mərkəzindən sahibkar xanımlara dəstək.

 

Ölkəmizdə sahibkarlıq ekosistemini inkişaf etdirmək və biznes sahəsində yeniliklərə təkan vermək məqsədilə “Azercell Telekom” MMC tərəfindən 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihəyə dəstək verir. Mərkəz təhsil sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibkarlıq Laboratoriyası” proqramında yaxından iştirak edib.

Belə ki, layihə çərçivəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olunub.

2 gün davam edən təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və bu sahə ilə bağlı digər məlumatları əldə edə biliblər. Təcrübə proqramında Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar, eləcə də Coca-Cola şirkətinin nümayəndələri bu istiqamətdə həyata keçirdikləri proqramlarla bağlı məlumatı iştirakçılarla bölüşüblər. Bundan əlavə səfər çərçivəsində 4 regionu təmsil edən xanımlar Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindəki startap layihələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. İştirakçılar həmçinin sosial sahibkarlıq sahəsində təcrübə qazanmış şəxslərlə tanış olub, biznesin ilk illərində uğursuzluqdan qaçmağın yolları mövzusunda müzakirə apariblar.

 Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 illik fəaliyyəti dövründə uğurlu biznes mühitinin yaradılması və Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirərək, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və PAŞA Bank-ın dəstəyi ilə bu istiqamətdə fəaliyyətini daha da genişləndirir.

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı