2009 - İdeya sizdən - dəstək bizdən
“Barama” mərkəzinin dəstəyi ilə Azərbaycanda A’Startap Sammiti keçirildi

“Barama” mərkəzinin dəstəyi ilə Azərbaycanda A’Startap Sammiti keçirildi

20 İyul 2018

“Azercell Telekom” MMC-nin  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə ölkəmizdə daha bir layihə reallaşdı. “Aforyouth” təşkilatı ilə birlikdə Azercell və “PAŞA” Bankın baş sponsorluğu ilə 18-20 iyul tarixlərində Bakıda “A’Startap Sammiti 2018” və intensiv seminar keçirildi. 3 günlük tədbir sahibkarların, gənc liderlərin biznes və yaradıcılıq bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil edildi. Tədbirin ilk günü işgüzar əlaqələrin qurulmasına həsr olundu: beynəlxalq arenaya çıxmağa can atan 45 yerli sahibkar bir-birini tanımaq və gələcək potensial tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə etdi. Komandanın formalaşmasından sonra müxtəlif biznes metodlarından istifadə edərək problemin müəyyənləşdirilməsi həyata keçirildi. Sammitin ikinci günü gənc startapları narahat edən problemlərin müzakirəsinə və onların həlli istiqamətində müəyyən tövsiyyələrin verilməsinə həsr olundu. Tədbirin sonuncu günü 20 iyulda isə Azərbaycanın biznes icması üçün açıq gün təşkil olundu və iştirakçılar son iki gündə formalaşdırdıqları startap ideyalarını müvafiq şirkətlərə təqdim etdilər.

Beləliklə qaliblərin adları açıqlandı: "Studentsy" layihəsi ilə Ilkin Bayramlı, Nəriman Məmmədli, Naseh Bədəlov 1ci yerin qalibi oldular. 2ci yerə “BestFit" layihəsi ilə Valid Məmmədli, Nərmin Nəsirova, Xəyalə Mirzəyeva, 3cü yerə isə "Rise in rice" Camal Əhmədov, Ləman Əsədli layiq görüldülər.

Qalib komandalara gələcəkdə Barama Mərkəzində ideyaları üzərində işlərini davam etmək şansı yaradıldı və əlavə olaraq da Start Coworking Mərkəzindən hədiyyə şəklində aşağıdakılar təklif olundu:

I yerə çıxan komandaya bir aylıq ödənişsiz iş yeri  (bütün xidmətlər daxil 1nəfər)

 

II yerə çıxan komandaya bir həftəlik ödənişsiz iş yeri (bütün xidmətlər daxil 1nəfər)


III yerə çıxan komanaya 3 günlük ödənişsiz iş yeri (bütün xidmətlər daxil 1nəfər)

 

“Aforyouth” - tələbələrə və gənc mütəxəssislərə öz ideyalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edən yerli gənclər təşkilatıdır. Təşkilat bu gəncləri istiqamətləndirməklə yanaşı, onlara ölkədən kənarda eyni zamanda həm təhsil almaq, həm də işləmək imkanı yaradır.  

 

Oxşar Məlumatlar

“Barama Graduation Ceremony” tədbiri baş tutub.
03 Avqust 2018
“Barama Graduation Ceremony” tədbiri baş tutub.
Ətraflı
Startaplar üçün 3-cü İnkubasiya Proqramı
02 Avqust 2018
Startaplar üçün 3-cü İnkubasiya Proqramı
Ətraflı
"Barama Junior: Coding Kids IT Summer School" layihəsi yenidən başlayır
12 İyul 2018
"Barama Junior: Coding Kids IT Summer School" layihəsi yenidən başlayır
Ətraflı