2009 - İdeya sizdən - dəstək bizdən
Barama Regional Sahibkarlıq Konfransı uğurla başa çatdı.

Barama Regional Sahibkarlıq Konfransı uğurla başa çatdı.

25 Dekabr 2018

"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Gənc startaplara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən Mərkəz bu dəfə Gəncə şəhərində Azercell, PAŞA Bank , Azərbaycan Texnologiya Universitetinin ( UTECA ) təşkilatçılığı ilə 25 dekabr 2018-ci il tarixində “Sahibkarlıq Konfransı" təşkil edib.  Konfransın təşkilində məqsəd uğur qazanmış mütəxəssislərə öz bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq və əsas hədəf gələcəkdə biznes sahəsi üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatlar ötürməkdən ibarət olub. Konfransda “Müasir təhsil texnologiyaları və onların tətbiqi”, “4-cü texnoloji inqilab və innovasiyalar”, “Startap inkişafının 5 mərhələsi”, “Biznes üçün investisiya almağın yolları”, “Gələcək üçün bu gün nə etməli?”, “Özünə inam və motivasiya”,  “Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu” və digər mövzularda məruzələr dinlənilib.

Məruzəçilər : 

İmran Bağırov -  “4-cü texnoloji inqilab və innovasiyalar”

Fədai Əfəndiyev - “Müasir təhsil texnologiyaları və onların tətbiqi”,

Tural Abbasov – “Startap inkişafının 5 mərhələsi”,

Məmməd Kərim -  “Biznes üçün investisiya almağın yolları”

Fərrux Rəhimov - “Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu”

 

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara dəstək olmaq məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə  Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi də fəaliyyət göstərir. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.

 

Oxşar Məlumatlar

4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub
15 Aprel 2019
4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub
Ətraflı
 Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
13 Aprel 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib
05 Aprel 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib
Ətraflı