2009 - İdeya sizdən - dəstək bizdən
Baramada daha bir yenilik – Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portal fəaliyyətə başladı

Baramada daha bir yenilik – Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portal fəaliyyətə başladı

04 Aprel 2018

Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. Belə ki, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə satış portalı olan “Happy Moments” artıq fəaliyyətə başlayıb.                                                                                      

“Happy Moments” Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk  portaldır. Portalın əsas məqsədi insanlara zaman itirmədən fərqli hədiyyə seçimi etməsinə imkanı yaratmaqdır.  https://happymoments.az  saytı insanlara müxtəlif xidmət növlərinin hədiyyə olaraq online satışını təşkil edir.

Startupın ideya müəllifi və təsisçiləri olan Ülviyyə Əkbərova və Süleyman Bağırlı portal haqqında məlumat verərəkən Happy Momentsin artıq  Azərbaycanda bütün xidmət sektorlarını əhatə etdiyini və alıcıların portalda istənilən sektora uyğun məhsul tapa biləcəklərini qeyd etmişdir. 

Portal hədiyyə seçimini sürətləndirmək üçün “Hədiyyələr” və “Kim üçün” adlanan menyularla mövcud hədiyyələri 2 fərqli istiqamətdə seçim etmək imkanı yaradır. Hər bir menyu əsas kateqoriyalar və subkateqoriyalardan ibarətdir.

“Hədiyyələr” menyusu bütün xidmət sektorlarını əhatə edən “Aktiv İdman”, “Kurslar və treyninqlər”, “Əyləncə”, “Fotosessiya və portret”, “Səyahət və turlar”, “Gözəllik” və “Sağlamlıq” adlı əsas kateqoriyalar və hər bir kateqoriya üzrə müxtəlif subkateqoriyaları özündə birləşdirir.

“Kim üçün” adlanan menyu isə “xanımlar”, “bəylər”, “uşaqlar”, “cütlüklər” və “valideynlər” adlı kateqoriyalardan ibarət olmaqla hədiyyə seçimini sürətləndirməklə yanaşı, müştərilərə hədiyyə alacağı şəxsə uyğun fərqli və kreativ hədiyyə seçimi etməkdə köməklik göstərir.

Portaldan alınan xidmət növləri alıcıların istəyinə uyğun olaraq elektron və ya hədiyyə şəklində xüsusi hədiyyə qutusunda çatdırılır. 

“Happy Moments” portalının digər üstünlüyü hədiyyə seçimi etməkdə çətinlik çəkən müştərilər üçün təklif edilən xüsusi “Happy Moments Hədiyyə Kartı” – dır. Müxtəlif məbləğlərdən ibarət hədiyyə kartını almaqla siz, hədiyyə edəcəyiniz şəxsə sərbəst seçim imkanı yaradır və hədiyyə edilən şəxs öz istəyinə uyğun seçim edir.

“Happy Moments”  satışları ümumilikdə pərakəndə satış və korporativ sektor olmaqla, iki istiqamətdə həyata keçirilir. Pərakəndə satış online olaraq hər kəs üçün, korporativ satışlar isə şirkət əməkdaşları üçün nəzərdə tutulduğundan offline olaraq həyata keçirilsə də, şirkətlərin hədiyyə olaraq əsas üstünlük verdiyi “Happy Moments Hədiyyə Kartı”- nın son seçimi də hədiyyəni qəbul edən şəxslər tərəfindən online olaraq həyata keçirilir.

Oxşar Məlumatlar

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.
14 İyun 2018
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.
Ətraflı
Azərbaycanın ən yaxşı startapı seçildi . Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
08 İyun 2018
Azərbaycanın ən yaxşı startapı seçildi . Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
Ətraflı
Uşaqlar üçün Proqramlaşdırma və İoT dərsləri keçirilib
01 İyun 2018
Uşaqlar üçün Proqramlaşdırma və İoT dərsləri keçirilib
Ətraflı