2009 - İdeya sizdən - dəstək bizdən
Baramanın dəstəyilə “Gələcək üçün Startap” layihəsinin qalibi bəlli oldu

Baramanın dəstəyilə “Gələcək üçün Startap” layihəsinin qalibi bəlli oldu

06 Mart 2018

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə davam edir.  Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir.  Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startap ekosisteminin inkişafına təkan verməkdən ibarətdir.

 ADA Universitetində layihə çərçivəsində təşkil olunan intensiv təlim və innovasiya konfransı iştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startap layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaratdı. 16-25 yaş arası gənclərin iştirakı ilə baş tutan təlimdə təhsil, ətraf mühit, enerji, qida və turizm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb biznes layihələr hazırlandı. Konfransda bir sıra ölkələrdə startap ekosisteminin yaradılmasında iştirak edən beynəlxalq ekspert Tal Katran iştirakçılarla peşəkar təcrübəsini bölüşdü.

Qeyd edək ki, tədbirdə 150-dən artıq gənc iştirak etmiş və müsabiqəyə ümumilikdə 10 komanda qatılmışdır. Beləliklə:
1-ci yerin qalibləri “E-Donor” layihəsi ilə Cəmil Ağasıyev, Elgün Tağızadə, İlkin Huseynov, Dərya Səfərova
2-ci yerin qalibləri “Horti” layihəsi ilə Natəvan Abbasova, Natəvan Əliqızı, Ülvi Əzizli, Sərxan İsmayılov
3-cü yerin qalibi “Nanny Manny” layihəsi ilə Nigar Əhmədova, Nəzrin Şıxəliyeva

 

 

Oxşar Məlumatlar

TechCentrum Barama İnnovasiya və Sahibkarlıq Mərkəzilə birlikdə Data Science üzrə 3 aylıq təlimlərə start verir!
19 Mart 2019
TechCentrum Barama İnnovasiya və Sahibkarlıq Mərkəzilə birlikdə Data Science üzrə 3 aylıq təlimlərə start verir!
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mingəçevirdə innovativ layihələri müəyyənləşirməyə dəstək oldu
25 Fevral 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mingəçevirdə innovativ layihələri müəyyənləşirməyə dəstək oldu
Ətraflı
TOM HƏRƏKATINA QOŞUL!
18 Fevral 2019
TOM HƏRƏKATINA QOŞUL!
Ətraflı