2009 - İdeya sizdən - dəstək bizdən
Baramanın startapları üçün imkanlar genişləndi!

Baramanın startapları üçün imkanlar genişləndi!

05 İyul 2019

Baramanın startapları üçün imkanlar genişləndi!

2009-cu ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan Barama Innovation & Entrepreneurship Center ölkədə sahibkarlıq mühitinin və startap sisteminin inkişafına öz dəstəyini verib. 
Əsasən, informasiya texnologiyaları sahəsinə aid olan layihələrin və startapların formalaşaraq müstəqil şirkətə çevrilməsində yardımçı olan mərkəz, “Azercell Telekom” MMC-nin Azercell brendi olaraq qalmaqla bundan sonra öz fəaliyyətini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyinin nəznində davam etdirəcək.

Innovation Agency Azerbaijan Mərkəzin gələcək fəaliyyət və inkişaf perspektivlərinə dəstək verməklə onun idarəetməsini həyata keçirəcək. 
Bunun nəticəsində təşkilati proseslərin səmərəliliyinin artırılması yolu ilə ölkədə sözügedən sistemin inkişafı üçün əlverişli şəraitin yaradılması və daha geniş imkanların təqdim edilməsi mümkün olacaq.

Qeyd edək ki, İnnovasiyalar Agentliyi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin 15 startap layihəsi daxil olmaqla ümumilikdə 90-dan artıq layihəyə dəstək göstərməkdədir.

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı