2009 - İdeya sizdən - dəstək bizdən
Data SoCool layihəsinə qeydiyyat başladı!

Data SoCool layihəsinə qeydiyyat başladı!

23 Yanvar 2019


Data SoCool layihəsinə qeydiyyat başladı!

 

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən Data SoCool layihəsinin tərəfdaşlarından biri də Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir.

Data SoCool analitika təlim-kurs layihəsi gənclərə analitika proqramlarının əslində, heç də bir çox gəncin düşündüyü kimi çətin olmadığını və onların bu sahəni öyrənməklə unikal kadra çevriləcəkləri fikirlərini aşılamağı özünə hədəf seçmiş sosial layihədir.

 

Hər gün əmək bazarında data analitiklərinə tələb artır. Data SoCool ətrafına ən çox tələb olunan proqramlar üzrə gənc mütəxəssislər toplayaraq əmək bazarında tələbin artdığı analitiklər yetişdirmək üçün çalışmaqdadır. Layihə çərçivəsində analitika sahəsində ən çox istifadə olunan Excel, Power BI, SPSS və Tableau proqramları üzrə bilik və bacarıqlar öyrədiləcəkdir.

 

Qeyd edək ki, Data SoCool Aytac Alıyevanın fərdi layihəsi olaraq Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.

 

Layihədə iştirak ödənişsizdir.

Layihədə iştirak üçün son müraciət tarixi 28 yanvar 23:59-dur.

 

 

Həmçinin, Microsoft Azərbaycan, “ASAN Kadr” Karyera Mərkəzi,  "Odlar Yurdu" Gənclər İctimai Birliyi və Buqelemun.com Təhsil Portalı da layihənin tərəfdaşları sırasındadır.

Oxşar Məlumatlar

TOM HƏRƏKATINA QOŞUL!
18 Fevral 2019
TOM HƏRƏKATINA QOŞUL!
Ətraflı
 Barama Mərkəzi Yeni İnkubasiya programına start verir!
14 Fevral 2019
Barama Mərkəzi Yeni İnkubasiya programına start verir!
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
05 Fevral 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
Ətraflı