2009 - İdeya sizdən - dəstək bizdən
“Elektronikaya giriş” Seminarı

“Elektronikaya giriş” Seminarı

22 May 2018

Sumaks Technologies Barama İnnovasiya və Sahibkarlıq Mərkəziylə birlikdə texnologiya üzrə yay seminarlarına start verir. 

Davamlı olacaq seminarlarda Siz Elektronika, Mikrokontroller Proqramlaşdırılması, Embedded Sytstems, C proqramlaşdırma dili mövzularında peşəkarlardan geniş məlumat əldə edə biləcəksiniz. 

Elektronikaya giriş adlı ilk seminar "Sumaks Technologies" Elektronika Araşdırma Mərkəzi və İstehsal Depatamentinin Rəhbəri, Elgün Həsənov tərəfindən veriləcəkdir. 

Seminarın strukturu:
• Elektronika mühəndisliyi.
• Elektronika mühəndisliyinin alt kateqoriyaları.
• Elektronikada istifadə olunan ölçü alətləri.
• Elektronikada istifadə olunan kompüter proqramları.
• Azərbaycanda elektronika mühəndisliyi.
• Dünyada elektronika mühəndisliyi.

Seminarda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur. Seminarda iştirak tamamilə ödənişsizdir. 

Son qeydiyyat tarixi 25 may, saat 10:00-dır. 

Silsilə seminarların növbətisi isə Embedded Sytstems mövzusunda olacaq. Seminarlar barədə daha ətraflı öyrənmək üçün bizi izləməyə davam edin!

Qeyd edək ki, Sumaks Technologies yüksək texnologiya məhsullarının istehsalı ilə məşğuldur. Əşyaların interneti, proqram və aparat təminatlarının hazırlanması və təkmilləşdirilməsi üzrə ixtisaslaşıb. Sumaks Technologies məhsulları tamamilə yerli istehsaldır. Şirkətin gələcəyə baxış strategiyası ölkəmizdə yerli yüksək texnologiya məhsularının istehsalı ənənəsini formalaşdırmaqdır.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScugrFsv7qCCrCKvxddibHYH8Dqtv7BQNj39uMqH1yR1PieqA/viewform?usp=sf_link

Məkan: Demirchi Tower, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi

Oxşar Məlumatlar

“Startapçı həyatından bir gün” Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir
11 Oktyabr 2018
“Startapçı həyatından bir gün” Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir
Ətraflı
Barama “Gələcəyi qur"  layihəsində məktəblilərə dəstək oldu
05 Oktyabr 2018
Barama “Gələcəyi qur"  layihəsində məktəblilərə dəstək oldu
Ətraflı
İnkubasiya proqramına müraciət müddəti artırıldı!
05 Sentyabr 2018
İnkubasiya proqramına müraciət müddəti artırıldı!
Ətraflı