2009 - İdeya sizdən - dəstək bizdən
Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır

Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır

11 Mart 2013

“Azercell Telekom” MMC elm və texnologiya sahəsində gənc biznesmenlər üçün yeni imkanlar yaradan proqrama start verir. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda ideyalarını həyata keçirmək, ABŞ-da sahibkarlıq üzrə təlimlərə qatılmaq və nəhayət  öz bizneslərini qurmaq üçün qrant əldə edirlər.

Elm və Texnologiya Sahibkarlığı Proqramı “Azercell Telekom” MMC , Barama İnnovasiya Mərkəzi, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən reallaşdırılır. Ardıcıl olaraq ikinci ildir keçirilən proqramın əsas məqsədi sahibkarlığı təşviq etmək və ölkəmizdə texnologiya sahibkarlığını dəstəkləməkdir.

Layihə bir neçə mərhələdən ibarətdir. İlk olaraq proqrama qatılmaq istəyənlər informasiya texnologiyaları, mobil texnologiya və yaşıl (ekolojı) texnologiyalar sahəsində biznes ideyaların təqdim etməli və daha sonra seçilmiş layihə müəllifləri üçün təlim və seminarlarda iştirak etməlidirlər. Təlimlərdə onlara texnoloji ideyalara maliyyə dəstəyi qazanmağın yolları, biznes strategiyalar barədə biliklər təlqim edilir. Növbəti mərhələdə finala çıxan 6 layihə müəllifi ABŞ-ın Boston, San Fransisko, Los Anceles və Austin şəhərlərində təlimlərə qatılacaqlar. Sonuncu mərhələdə beynəlxalq hakimlərin də daxil olduğu münsiflər heyyəti tərəfindən seçilən 3 qalib komandaya öz biznes ideyasını reallaşdırmaq üçün başlanğıc qrant mükafatı təqdim ediləcəkdir.

Mükafatlar:

Yarımfinal Mərhələsi

Finala çıxan 6 layihə müəllifləri üçün ABŞ-ın Boston, San Fransisko, Los Anceles və Austin şəhərlərində biznes təlimlər

Final Mərhələsi

1-ci yer - 10,000 ABŞ Dolları məbləğində qrant

2-ci yer - 7,500 ABŞ Dolları məbləğində qrant

3-cü yer - 5,000 ABŞ Dolları məbləğində qrant

 

Elm və Texnologiya Sahibkarlığı Proqramı Azercell Telekom MMC və ABŞ Dövlət Departamenti tərəfindən təqdim olunan qrantlar əsasında reallaşır.

Qaliblər 15 dekabr 2013-cü il tarixində Böyük Final mərasimində elan olunacaq.

ETSP haqqında ətraflı məlumatla əlavə olunmuş STEP faylında tanış ola bilərsiniz.

Müraciət üçün əlavə olunmuş müraciət formunu doldurun və barama@azercell.com e-mail ünvanına göndərin. Müraciətlər elektron variantda 7 aprel 2013-cü il saat 23:59-dək qəbul olunacaq.

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı