2009 - İdeya sizdən - dəstək bizdən
"FinTech Week" tədbiri baş tutdu.

"FinTech Week" tədbiri baş tutdu.

31 Oktyabr 2016 Announcements

Cari ilin 29 oktyabr tarixində Bakıda indiyə qədər dünyanın 20-dən çox ölkəsində reallaşdırılan Fintech həftəsi keçirilib.

SUP Accelerator və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən «Fintech Baku Həftəsi»ndə əsas diqqət son dövlər maliyyə sektoruna baş verən innovativ yeniliklərə və sürətlə inkişaf edən start-up sahəsinə yönləndirildi.

Tədbirin məqsədi aparıcı mütəxəssislərin köməkliyi ilə maliyyə sahəsinin gələcəyi, innovasiya imkanları və onların tətbiqi haqqında fikir mübadiləsi aparmaq, gənclərin bu sahə ilə bağlı yeni ideyalarına dəstək vermək, stimullaşdırmaq idi.


Tədbirə çıxış edən, Türkiyənin məşhur virtual POS xidməti "iyzico«nun məhsul və biznesin inkişafı üzrə nümayəndəsi Emre Talay Azərbaycan bazarının regionun ən sürətlə inkişaf edən bazarı olduğunu bildirdi. E.Talayın sözlərinə görə hazırda Azərbaycan şirkətləri ilə potensial əməkdaşlıq imkanları müzakirə olunur. Bu baxımdan İran bazarından sonra növbəti əməkdaşlıqlarını Azərbaycan şirkətləri ilə davam etdirməyi düşünürlər.

SUP Accelerator-un həmtəsisçisi Məmməd Kərimov isə öz növbəsində startup-ların ixtisaslaşma məsələsinə toxunub: „Əvvəllər startuplar barədə ümumi danışılırdı. Çox xoşdur ki, artıq ixtisaslaşma gedir və biz indi startup-ların spesefik sahələr üzrə inkişafından danışırıq“.

»Fintech Baku Həftəsi«ndə çıxış edən digər spikerlər -Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov, „Modenis“ MMC (eManat) -nin direktoru Ruslan Talıbov, Nikoil Bankın idarə heyətinin sədri Nikoloz Şurgaia da bu cür tədbirlərin təcrübə paylaşımı və müzakirə baxımından effektivliyi, yeni innovativ ideyaların yaranması üçün əhəmiyyətli olduğunu bildiriblər.

2 paneldən ibarət tədbir iştirakçıların sualları və müzakirələrlə davam edib.





Məlumat üçün qeyd edək ki, „Fintech“ — »Financial Technology" ifadəsinin qısaltmasıdır. Bu anlayış, texnologiyanın maliyyə sahəsi ilə əlaqəsini ifadə edir. Mobil ödəmə sistemləri, online təcrübə vasitələri, gündəlik büdcə tətbiqləri kimi bir çox fərqli sahədə maliyyə texnologiya vəhdətini təqdim edir. FinTech — maliyyə xidmətlərin daha yaxşı, daha sürətli və daha asan reallaşdırılması məqsədilə maliyyə və texnologiyanın bir araya gətirir.

 

Mənbə http://technimum.com/blog/events/6154.html

Oxşar Məlumatlar

TechCentrum Barama İnnovasiya və Sahibkarlıq Mərkəzilə birlikdə Data Science üzrə 3 aylıq təlimlərə start verir!
19 Mart 2019
TechCentrum Barama İnnovasiya və Sahibkarlıq Mərkəzilə birlikdə Data Science üzrə 3 aylıq təlimlərə start verir!
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mingəçevirdə innovativ layihələri müəyyənləşirməyə dəstək oldu
25 Fevral 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mingəçevirdə innovativ layihələri müəyyənləşirməyə dəstək oldu
Ətraflı
TOM HƏRƏKATINA QOŞUL!
18 Fevral 2019
TOM HƏRƏKATINA QOŞUL!
Ətraflı