2009 - İdeya sizdən - dəstək bizdən
“Hacking Good FM” ikinci yer tutdu

“Hacking Good FM” ikinci yer tutdu

23 Dekabr 2014 Announcements

Bu gün Gürcüstanda “Unihack” komandası və Tblisi Free Universitetinin birgə təşkil etdiyi “Hack Tbilisi” yarışı baş tutub.

Hackatonun konsepti komanda şəklində qruplaşaraq proqramlar, aparatlar və robotlar yaratmaqdan ibarətdir. arışmada Azərbaycandan "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi"nin startupu "Binar studio" komandasının üzvləri iştirak edirdilər. Əvvəlcədən qeyd edək ki, onların hazırladıqları “Hacking Good FM” proqramı finalda 2-ci yerə layiq görülüb.  İştirakçılar Toğrul Cəfərli və Elnur Məmmədovla danışdıq:

-Komanda üzvləriniz və komandanızı tanıya bilərik? 

Toğrul Cəfərli: Komandamızın iki üzvü, mən və Elnur Məmmədov, Baramada  Binar studio layihəsinin iştirakçılarıyıq. Üçüncü üzvümüz  Elcan Mütəllimov komandamıza dizayner kimi qatıldı.

-Kim idi iştirakçılar?

Toğrul Cəfərli: Əsasən Gürcüstanlı tələbələr olsa da, başqa ölkələrdən -  Ukraynadan 2, Türkiyədən 1 Azərbaycandan da biz 1 komanda ilə iştirak etdik.

- İştirakınız barədə nə düşünürsünüz? Sizi digərlərindən fərqləndirən nə idi?

Elnur Məmmədov: Orada 45 komanda, 200-dәn çox proqramçı eyni zalda kodlaşmaya start verilәn andan etibarәn 36 saat kod yazdı. Çox az fasilәlәrlә bitirdik layihәni vә mәnim fikrimcә çox maraqlı bir tәcrübә oldu hamımıza.

-Bəs yaratdığınız proqram? Azərbaycanda nə vaxt tətbiq ediləcək?

Toğrul Cəfərli: Bizim qurduğumuz application sadəcə maraq üçün yaradılmışdı, amma sonradan qərara gəldik ki, üzərində biraz da işləyib kommersiya məqsədi olmadan açıq şəkildə yayımlayaq.

-Yarışın təşkilati tərəfi sizi qane etdimi və marağınızı cəlb edən məqamlar varmı?

Toğrul Cəfərli: Yarış çox yaxşı təşkil olunmuşdu, iştirakçıların rahatlığı hərtərəfli düşünülmüşdü. Tək problem yuxusuzluq idi, amma o da elə hackathon-un əsas məğzi idi: verilən vaxtdan necə səmərəli istifadə etmək hər kəsin öz seçimidir. Çox maraqlı layihələr var idi. Mənə ən çox maraqlı gələn tələbələrlə yanaşı bir neçə azyaşlı məktəblilərin də (12-13 yaş) iştirak etməsi idi.

- Komandanın gələcəkdəki planları nədən ibarətdir? 

Elnur Məmmədov: Bu tip yarışlarda sadәcә maraqlı görünә bilәcәk yeni bir ideya qoyduq ortaya. Ümumiyyətlə isə deyəbilərəm ki, hazırda diqqətimiz daha çox "Binar Studio" layihәsinə yönəlib. 

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı