2009 - İdeya sizdən - dəstək bizdən
İnkubasiya proqramına müraciət müddəti artırıldı!

İnkubasiya proqramına müraciət müddəti artırıldı!

05 Sentyabr 2018

İdeyalarınızı Baramaya təqdim etmək üçün əlavə 3 həftəniz var!

Yeni dərs ilinin başlamasını və tələbələrin startap sahəsinə yüksək maraq göstərməsini nəzərə alaraq proqrama müraciət müddətini uzatmaq qərarına gəldik.

Bu ayın sonunadək gate.barama.az ünvanına daxil olaraq ideya təklif etməklə ideyanızı uğurlu bir şirkətə çevirmək istiqamətində ilk addımı atın!

Barama Rezidenti olmağın 10 əsas üstünlüyü:
1. Şəhərin mərkəzində pulsuz ofis
2. Mentor dəstəyi
3. İnvestorlara çıxış imkanı
4. Geniş peşəkar şəbəkə və biznes əlaqələri
5. Texniki dəstək
6. Təlim sessiyaları və virtual kitabxana
7. Ödənişsiz Azercell nömrəsi və hər ay 50 AZN danışıq limiti
8. Ofis avadanlıqları, mətbəx və yüksək sürətli internetdən istifadə
9. Qlobal startup müsabiqələrində və tədbirlərdə iştirak etmək imkanı
10. Azercell, PAŞA Bank və EY kimi iri şirkətlərdən olan mütəxəssislərlə konsultasiya və seminarlar

------------------------------------------------------------------------------

“Barama İnkubasiya Proqramı 2018” Barama tərəfindən həyata keçirilən, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsini, geniş miqyasda ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyən və bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz olaraq ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, eləcə də Baramanın peşəkar şəbəkəsi ilə sıx korporativ əlaqələr qurmaq imkanı kimi bir sıra üstünlüklər təklif edən layihədir.

Kimlər müraciət edə bilər?

  • Maraqlı, innovativ və bazar potensialı olan startap ideyası olub hələ başlamayanlar
  • Təklif edəcəyi məhsul və ya xidmətini prototip versiyada hazırlamış startaplar

İnkubasiya proqramının sonunda rezident startapların təklif etdikləri məhsul və ya xidməti yekun formada hazırlayıb bazara çıxarmaları və gəlirli şirkətə çevrilmələri hədəflənir.

Proqram müddətində startapların fəaliyyəti izlənəcək və proqramın ortasında və sonunda keçiriləcək DemoDay-lərdə startaplar əldə etdikləri nəticələri təqdim edəcəklər. Proqramın sonunda keçiriləcək Final Demo Day-də təqdim olunan nəticələrə əsasən dəyərləndiriləcək startaplar arasından seçiləcək bir startap aşağıdakı üstünlükləri əldə edəcək:

1. 5000 AZN-ə qədər məbləğdə son məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması imkanı

2. May 2019-da Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən möhtəşəm konfranslarından biri olan TNW (The Next Web) Conference-də bütün səyahət və qalmaq da daxil olmaqla bütün xərclər qarşılanmaqla iştirak haqqı

3. Barama Rezidentliyinə davam etmə imkanı

İnkubasiya proqramında üstünlük verilən əsas istiqamətlər:

  • İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri.

Startaplara qoyulan tələblər:

  • Komandanın digər bir işdə çalışmayan ən az 2 üzvü olmalıdır.
  • İnkubasiya proqramı müddətində komandadan bir nəfər hər gün ən azı 4 saat ofisdə olmalı və işləməlidir.
  • Barama tərəfindən tələb olunan hesabatlar və digər sənədlər vaxtı-vaxtında təqdim edilməlidir.

İnkubasiya proqramına müraciət:

  • Barama İnkubasiya Proqramına müraciət etmək üçün gate.barama.az linkinə daxil olaraq onlayn formada müraciət formasını doldurmağınız tələb olunur. Müraciətlərin qəbulu üçün son tarix: 30 Sentyabr.

Onlayn müraciəti tamamladıqdan sonra təqdim etdiyiniz layihə Barama heyəti tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar seçimin ikinci mərhələsi olaraq biznes planları ilə birgə layihələrini əyani formada təqdim etmək üçün Sentyabr ayı ərzində ofisə dəvət olunacaqlar.

İkinci seçim mərhələsini də uğurla keçmiş komandaların adları açıqlanacaq və həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər.

*Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell və PAŞA Bankın dəstəyi ilə yaranmış Azərbaycanda ilk Biznes İnkubatordur. Yarandığı ildən etibarən startaplara dəstək olmuş, Azərbaycanın Rəqəmsal Ekosisteminin inkişaf etdirilməsi məqsədi istiqamətində bir sıra böyük tədbirlərə ev sahibliyi etmiş, müxtəlif layihələr həyata keçirmişdir. Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

*Startap – qeyri müəyyən biznes şəraitində yeni və sınanmamış yollarda yeni biznes modelləri tətbiq etməklə mövcud problemlərə innovativ həllər təklif edən, şirkətləşmə yolunda addımlayan, böyük inkişaf potensialına malik biznes təşəbbüsüdür.

Oxşar Məlumatlar

Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzində olan və bizimlə birgə adddımlayan Sumaks Techologies artıq daha böyük layihələrə və təşəbbüslərə imza atır.
17 Noyabr 2018
Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzində olan və bizimlə birgə adddımlayan Sumaks Techologies artıq daha böyük layihələrə və təşəbbüslərə imza atır.
Ətraflı
 Proqramçıların sevimli müsabiqəsi başlayır!
08 Noyabr 2018
Proqramçıların sevimli müsabiqəsi başlayır!
Ətraflı
Barama Tech Scholarship 2018
06 Noyabr 2018
Barama Tech Scholarship 2018
Ətraflı