2009 - İdeya sizdən - dəstək bizdən
Podcast.az layihəsi təqdim olundu

Podcast.az layihəsi təqdim olundu

11 Oktyabr 2012

11 oktyabr 2012-ci il tarixində Azercell-in Barama İnnovasiya Mərkəzində yeni Podcasting layihəsi istifadəyə verildi. Fərhad Nadirli və Ələkbər Vəliyev tərəfindən www.podcast.az interaktiv portalı professional və ya həvəskar formada podkastla məşğul olmaq istəyən insanlara geniş imkanlar yaradır.

Podkastinq nədir?

Podkastinq – internetdə audio və ya video yaradılması və köçürülməsi üsuludur. Podkastinq sözü “iPod” (portativ mp3-pleyer) və “broadcasting” (geniş yayım) sözlərindən əmələ gəlir. Podkastinq sözü ilk dəfə 2004 ildə Adam Karri tərəfindən işlənib. Elə həmin il bu söz Oksford lüğətinə əlavə olunub, 2005 ildə isə “ilin sözü” seçilib. Podkastlar – internetə buraxılış formasında yüklədilən audiobloqlar, efirə çıxarılmış müxtəlifplanlı müəllif verilişlər, şoulardı. Hansıları ki, dinləmək və istənilən mp3-pleyerə yükləmək mümkündür.

Özünüzü şəxsi verilişin aparıcısı kimi yoxlamaq istəyirsiniz? O zaman, www.podcast.az internet səhifəsinə daxil olun və şəxsi audiobloqunuzu yaradın.

Barama İnnovasiya Mərkəzində il boyunca  mütəmadi olaraq istedadlı gənclərin biznes təşəbbüsləri qəbul edilir.

Oxşar Məlumatlar

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.
14 İyun 2018
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Start Coworking mərkəzi tərəfdaşlıqla bağlı razılaşma imzaladı.
Ətraflı
Azərbaycanın ən yaxşı startapı seçildi . Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
08 İyun 2018
Azərbaycanın ən yaxşı startapı seçildi . Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
Ətraflı
Uşaqlar üçün Proqramlaşdırma və İoT dərsləri keçirilib
01 İyun 2018
Uşaqlar üçün Proqramlaşdırma və İoT dərsləri keçirilib
Ətraflı