2009 - İdeya sizdən - dəstək bizdən
 Proqramçıların sevimli müsabiqəsi başlayır!

Proqramçıların sevimli müsabiqəsi başlayır!

08 Noyabr 2018

Barama artıq 6-cı Hackathon yarışmasını keçirir.
Bu dəfə müsabiqə FinTech mövzusunda olacaq!

İnformasiya texnologiyaları sahəsində kreativ fikirləriniz, maraqlı ideyalarınız varsa, bu yarışma sizin üçündür! “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasına start verilir.                                            

Hackathon FinTech maliyyə məhsulları inkişaf etdirmək və yeni texnologiyaları kəşf etmək üçün proqramçıları və dizaynerləri bir araya gətirir. Müsabiqə risklərin idarə edilməsi, ticarət, investisiya, şəxsi maliyyələr, böyük məlumatlar, pərakəndə bankçılıq, tənzimləmə uyğunluğu, mobil ödənişlər və sosial sahədəki yenilikləri əhatə edir. Artıq ölkəmizdə beşinci dəfə təşkil olunan “Barama FinTech Hackathon”  müsabiqəsində iştirakçılar 36 saat ərzində proqramlaşdırmaq, öz ideyalarını həyata keçirmək, şəbəkələşmək və öz məhsullarını münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcəklər. Müxtəlif təcrübə və bacarıqlara malik 50 iştirakçı 24-25 noyabr 2018-ci il tarixdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində 3 nəfərdən ibarət komandalar şəklində bir araya gələrək müxtəlif sahələrdə mövcud problemlərlə bağlı həllər hazırlayacaqlar. 15 yaşdan yuxarı və texniki biliklərə malik olan hər kəs 20.11.2018-ci il tarixinə qədər http://www.hackathon.barama.az/  linki vasitəsilə qeydiyyatdan keçib, yarışmada iştirak edə bilər, müraciət edən şəxslərə elektron poçt vasitəsilə təsdiq məktubu göndəriləcək. İştirakçılar müsabiqəyə qoşulmaq üçün məktuba cavab olaraq öz iştiraklarını təsdiq etməlidirlər.

Oxşar Məlumatlar

4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub
15 Aprel 2019
4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub
Ətraflı
 Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
13 Aprel 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib
05 Aprel 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib
Ətraflı