2009 - İdeya sizdən - dəstək bizdən
“Science via Media” layihəsinin bitməsinə çox az qaldı!

“Science via Media” layihəsinin bitməsinə çox az qaldı!

02 Fevral 2018 Announcements

Barama İnnovasiya Mərkəzi, Azercell  və  PASHA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans  olan "Science via Media" layihəsi davam edir! Layihə artıq son qəbul mərhələsindədir. Belə ki, artıq Fevral ayının 10-dan iştirakçı qəbulunu dayandıraraq səsverməylə qaliblərin seçilməsinə başlayacaqdır.

 "Science via Media" layihəsi yarış formatında baş tutacaq və layihə elmi  izahların media dilində topluma çatdırılmasıyla  gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyir. Müsabiqədə iştirak üçün başlıca şərt bu günə qədər dünya üzrə kəşf edilmiş və ya araşdırmaları davam edən- kəşf mərhələsində olan hər hansı elmi, innovativ və digər mövzulu izahları terminlərlə deyil media dilində 90 saniyəlik video çarxda izah etməli və bunu öz ideyalarınla ən yüksək səviyyədə tamaşaçıya anlaşıqlı etməyə çalışmaqdır.

Mövzular:

  1. Elm
  2. İnnovasiya
  3. Suni intellekt
  4. Kriptovalyuta
  5. Ekologiya

 Bunu ən yaxşı bacaranları- Qalibləri isə yüksək dəyərli mükafatlar gözləyir.  "Science via Media" gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcək, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək  gəncliyin, həm də toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəkdir.

10 Fevraldan etibarən göndərilmiş videoların analizi aparılacaq. İki fərqli istiqamətdə səsvermə baş tutacaq. Səslərin 50% münsiflər heyəti, 50%-i isə YouTube kanalı üzərindən qeydə alınacaqdır. Münsiflər 5 kriteriya #mətn, #video kontent, #əsaslanıdrma, #kreativlik və #aktuallıq istiqamətindən qiymətləndirmə edəcəklər.

Yekunda nəticələrə uyğun olaraq qaliblər ictimaiyyətə təqdim ediləcək və #mükafatlandırılacaqlar.

Çəkilmiş video çarxlar baramabsu@gmail.com elektron  ünvanına göndərilməli.

Son tarix: 10.01.2018

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı