2009 - İdeya sizdən - dəstək bizdən
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR

"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR

03 İyun 2019

Siz "Seedstar"-ın Azərbaycandan olan növbəti ulduzu olmaq istəyirsinizmi?

 İnkişaf etməkdə olan bazarlar, erkən mərhələdə olan və sürətlə böyüyən startaplar üçün ən böyük başlanğıc müsabiqəsi olan Seedstars 7-ci dəfə Azərbaycana gəlir.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqədə qalib komanda yeni 3 aylıq ödənişsiz Investment Readiness Program-ının iştirakçısına çevriləcək, bütün xərcləri ödənilməklə "Seedstars CEE" samitinə səfər edəcək və 1million ABŞ dolları məbləğində sərmayə qoyuluşu uğrunda mübarizə aparmaq şansı qazanacaqdır!

Müsabiqəyə dəvət olunmuş və Seedstars Baku tədbirində iştirak edəcək şirkətlər maliyyələşdirmədə 500 000 ABŞ dollarından az vəsait toplamış və mövcud sürətlə minimum səmərəli məhsul təqdim etmiş olmalıdırlar. Seedstars komandası daha bir meyarın axtarışındadır: irimiqyaslı regional və qlobal platformalarda çalışmaq potensialı. 

Ərizələr 9 iyun tarixinədək qəbul olunur və startaplar aşağıdakı ünvana müraciət edə bilərlər : https://seedsta.rs/ssw19-baku.

Ərizələr diqqətlə nəzərdən keçirildikdən sonra, Seedstars komandası  təlimdə iştirak etmək və investorlarla 16 iyun tarixində üz-üzə görüşmək üçün 10-a yaxın ən yaxşı startapları seçəcək.

Azərbaycanı "Seedstars CEE" Regional Sammitində təmsil etməklə yanaşı, qalib komanda İsveçrəyə bütün xərclər daxil səfər etmək, Seedstars Sammitində Seedstars Global Winner titulu uğrunda mübarizə aparmaq və 1 million ABŞ dolları məbləğində sərmayə qoyuluşu və digər mükafatlar əldə etmək şansı qazanacaqdır.

 

 

Oxşar Məlumatlar

Baramanın startapları üçün imkanlar genişləndi!
05 İyul 2019
Baramanın startapları üçün imkanlar genişləndi!
Ətraflı
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı