2009 - İdeya sizdən - dəstək bizdən
“Startapçı həyatından bir gün” Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir

“Startapçı həyatından bir gün” Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir

11 Oktyabr 2018

"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yerli startapların inkişafı üçün dəstəyini davam etdirir. Mərkəz əməkdaşları bu dəfə Gəncədə fəaliyyət göstərən startapları bir araya gətirib.  Azərbaycan Texnologiya Universitetində ( UTECA)  fəaliyyət göstərən Barama Gəncə Mərkəzində “Startapçı həyatından bir gün” adlı görüş baş tutub. Bu görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədi daşıyıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları sahibkarlıq haqqında maarifləndirici məlumatları startaplarla bölüşərək, öz işlərini qurmaq üçün onlara dəyərli məsləhətlər veriblər. Mərkəz əməkdaşları eyni zamanda sahibkar olmağın çətinlik və üstünlükləri  haqqında danışıb, görüş iştirakçılarının suallarını cavablandırıblar. Həmçinin, Mərkəzin rezindentlərindən olan “Owbike” startap-ının rəhbəri Həsənağa Azad da bu görüşdə öz təcrübəsini paylaşıb. “Niyə startapçı olmalısınız?”, “Startap qurmağa nədən başlamaq lazımdır?”, “Nələrə diqqət edilməlidir?” kimi suallara tam ətraflı və detallı cavab verib, dünya təcrübəsinə əsaslanan məlumatları yerli entuziast gənclərlə paylaşıb.

Gəncədə keçirilən tədbir möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən, və yaxud hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsət olub.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara dəstək olmaq məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə ötən il Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır. Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir.

 

Barama İnnovasiya və sahibkarlıq mərkəzinin fəaliyyətini dəstəkləyən PAŞA Bank isə İT sferasında çalışan Azərbaycanlı gənc istedadların, bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin bacarıq və qabiliyyətlərini inkişaf etdirməyə dəstək göstərməyi davam etdirəcək. PAŞA Bank “Rəqəmsal Sahənin Ən Arzuolunan İşəgötürəni” qismində mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

Oxşar Məlumatlar

Barama “Gələcəyi qur"  layihəsində məktəblilərə dəstək oldu
05 Oktyabr 2018
Barama “Gələcəyi qur"  layihəsində məktəblilərə dəstək oldu
Ətraflı
İnkubasiya proqramına müraciət müddəti artırıldı!
05 Sentyabr 2018
İnkubasiya proqramına müraciət müddəti artırıldı!
Ətraflı
“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb
31 Avqust 2018
“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb
Ətraflı