2009 - İdeya sizdən - dəstək bizdən
Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

05 Aprel 2017 Announcements

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti  iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, iclasda Fondun fəaliyyəti ilə bağlı bəzi məsələlər müzakirə edilib.

İclasda həmçinin Fondun maliyyə vəsaitlərinin 2017-ci il üzrə bölgüsü məsələsinə də baxılıb.

Qeyd edilib ki, İT layihələr üçün növbəti  qrant müsabiqəsi aprelin 10-da elan olunacaq.

Müsabiqəyə 5 istiqamətdə layihələr qəbul ediləcək:

1. Mütərəqqi proqram təminatının hazırlanması;
2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;
4. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Mənbə:  http://xeberler.az/new/details/startaplar-ucun-novbeti-qrant-musabiqesi-baslayir--17791.htm

Oxşar Məlumatlar

TOM HƏRƏKATINA QOŞUL!
18 Fevral 2019
TOM HƏRƏKATINA QOŞUL!
Ətraflı
 Barama Mərkəzi Yeni İnkubasiya programına start verir!
14 Fevral 2019
Barama Mərkəzi Yeni İnkubasiya programına start verir!
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
05 Fevral 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
Ətraflı