2009 - İdeya sizdən - dəstək bizdən
Startuplar üçün növbəti şans ! Barama İnkubasiya Proqramına yeni layihə qəbulu elan edildi

Startuplar üçün növbəti şans ! Barama İnkubasiya Proqramına yeni layihə qəbulu elan edildi

01 Avqust 2017 Announcements

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell və PAŞA Bank dəstəyi ilə Startuplar üçün 2-ci Inkubasiya Proqramı elan edir. Barama İnkubasiya Proqramı çərçivəsində startuplar icra etmək istədikləri layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi gənc sahibkarlara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir.

Altı ay müddətində davam edəcək inkubasiya proqramına əsasən İT və İT-imkanlı xidmətlər, Bulud Hesablamaları və Biznes Həlləri, Oyunlar, Səhiyyə sahəsində İT, IoT, Fintech, Kənd təsərrüfatında innovativ həllər, Virtual Reallıq, Artırılmış Reallıq, Süni Zəka mövzularında layihələr qəbul edilir.

 Proqram çərçivəsində 10-dək komanda seçiləcək. İnkubasiya proqramına seçim prosesi 2 mərhələdən ibarətdir. İlk mərhələdə qeydiyyatdan keçmiş layihələr dəyərləndiriləcək. Seçilmiş komandalar ikinci mərhələdə öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Bu mərhələdən uğurla keçən komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər.

İnkubasiya proqramına müraciət etmək istəyənlər Azercell nömrəsinin balansını 50 AZN dəyərində artırmalıdır. Bu zaman hesaba əlavə edilən vəsait iştirakçının özünə aidir.

Vəsait yüklənildikdən sonra screenshot edərkən bizə göndərməyiniz tələb olunur.

Komandanın 2 və ya daha çox təsisçi üzvü olmalıdır. Onlar layihələrini online şəkildə Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin rəsmi veb səhifəsində qeydiyyatdan keçirə bilərlər və aşağıda qeyd edilən link vasitəsi ilə də qeydiyyatdan keçmək mümkün olacaq :

goo.gl/1nxuJ1

 Layihələr sentyabrın 15-dək qəbul edilir.

Ən yaxşı biznes inkubatorlarından sayılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes sahiblərini çoxsaylı faydalı üstünlüklərlə təmin edir. Burada startaplar üçün biznesi tam dəstəkləyən şərait yaradılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən iştirakçılara mentor dəstəyi, şəbəkə fəaliyyəti, investorlara çıxış imkanı yaradılır. Eyni zamanda, Azercell və PAŞA Bankdan olan mütəxəssislər startuplara maliyyə konsaltinqi təqdim edir, onlar üçün təlimlər, master klasslar keçirirlər. Mərkəzdə yaradılan virtual kitabxana da iştirakçıların ixtiyarına verilir. Digər tərəfdən, proqram iştirakçılarına layihəni həyata keçirmək üçün hər cür avadanlılqla təchiz olunmuş, yüksək sürətli interneti olan ofis təqdim olunur. Bundan əlavə, komanda üzvlərinə pulsuz Azercell nömrəsi və ayda 50 AZN kredit limiti də təqdim olunur.

Ən əsası, inkubasiya proqramının sonunda ən uğurlu iştirakşçılara Azercell ilə 5000 AZN dəyərində müqavilə imzalamaq şansı olacaq.

Odur ki, gənc startupları Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yaratdığı bu imkanlardan yararanmağa, arzularını gerçəkləşdirib biznesini qurmağa dəvət edirik. 

Oxşar Məlumatlar

TechCentrum Barama İnnovasiya və Sahibkarlıq Mərkəzilə birlikdə Data Science üzrə 3 aylıq təlimlərə start verir!
19 Mart 2019
TechCentrum Barama İnnovasiya və Sahibkarlıq Mərkəzilə birlikdə Data Science üzrə 3 aylıq təlimlərə start verir!
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mingəçevirdə innovativ layihələri müəyyənləşirməyə dəstək oldu
25 Fevral 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Mingəçevirdə innovativ layihələri müəyyənləşirməyə dəstək oldu
Ətraflı
TOM HƏRƏKATINA QOŞUL!
18 Fevral 2019
TOM HƏRƏKATINA QOŞUL!
Ətraflı