2009 - İdeya sizdən - dəstək bizdən
"TechFall 2016 Hackathon" başlayır!

"TechFall 2016 Hackathon" başlayır!

07 Noyabr 2016 Announcements

"TechFall 2016 Hackathon" layihəsi Barama İnnovasiya və Sahibkarlıq mərkəzi və WoWoman platformasının təşkilatçılığı ilə baş tutacaq developerlərin 36 saat ərzində yatmadan, fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən, Hakaton formatında bir yarışmadır. 

Hackathon — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hakatonda proqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər.

"TechFall 2016 Hackathon" layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir. 

Layihənin qalibləri tərəfdaşlar və sponsorlar tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Əgər siz də bu sahədə olan biliklərinizi yoxlamaq, networkinqinizi genişləndirmək və yeni biliklər əldə etmək istəyirsinizsə  "TechFall 2016 Hackathon" layihəsinə qoşulun. Daha ətraflı məlumatı layihənin rəsmi veb səhifəsi olan http://techfall.barama.az/ səhifəsindən ala bilərsiniz.

Oxşar Məlumatlar

Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzində olan və bizimlə birgə adddımlayan Sumaks Techologies artıq daha böyük layihələrə və təşəbbüslərə imza atır.
17 Noyabr 2018
Barama İnnovasiyalar və Sahibkarlıq Mərkəzində olan və bizimlə birgə adddımlayan Sumaks Techologies artıq daha böyük layihələrə və təşəbbüslərə imza atır.
Ətraflı
 Proqramçıların sevimli müsabiqəsi başlayır!
08 Noyabr 2018
Proqramçıların sevimli müsabiqəsi başlayır!
Ətraflı
Barama Tech Scholarship 2018
06 Noyabr 2018
Barama Tech Scholarship 2018
Ətraflı