2009 - İdeya sizdən - dəstək bizdən
"TechFall 2016 Hackathon" müsabiqəsinin qalibi bəlli oldu!

"TechFall 2016 Hackathon" müsabiqəsinin qalibi bəlli oldu!

09 Noyabr 2016 Announcements

5 Noyabr səhər saatlarında "Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "TechFall 2016 Hackathon” layihəsinə 36 saat davam etmək üzərə start verilmişdi. 

"TechFall 2016 Hackathon” yarışmasında ilk yerin qalibinə Azercell və "PAŞA Bank”dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə "Step IT” akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu,3-cü yerin sahibinə isə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim ediləcəyini də əvvəlki xəbərlərimizdə sizlərə çatdırmışdıq.

6 Noyabr axşam saatlarında yekun verilən müsabiqənin qalibləri professional jüri heyəti tərəfindən bugün, 9 Noyabr tarixində keçirilən təqdimatlardan sonra bəlli oldu.

Bir neçə dəqiqə əvvəl elan edilən nəticələrə görə 1-ci yerin sahibi "Hello Hackathon" adlı komanda, 2-ci yerin sahibi "Hacksters" adlı komanda,  3-cü yer isə "Compilers" adlı komandadır. Sponsorlar tərəfindən hər üç komandaya ümumi 9 nəfərə hədiyyələr təqdim edildi. 

Belə bir layihədə iştirak edən bütün komandaların çox şey qazandığnı nəzərə alaraq hər birini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Media dəstəyi: Technote.az

Oxşar Məlumatlar

4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub
15 Aprel 2019
4-cü Barama İnkubasiya Proqramı üzrə qalib layihələr bəlli olub
Ətraflı
 Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
13 Aprel 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və İsrail Səfirliyinin birgə layihəsi
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib
05 Aprel 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “Onbranch” startapı "Seedstars World" müsabiqəsində iştirak edib
Ətraflı