2009 - İdeya sizdən - dəstək bizdən
WOWOMAN: Tech-Tech Xanımların Mükafatlandırılma Mərasimi Keçirildi

WOWOMAN: Tech-Tech Xanımların Mükafatlandırılma Mərasimi Keçirildi

14 Dekabr 2015 Announcements

WOWOMAN: Tech-Tech Xanım Azərbaycanda xanımların informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması üçün yaradılan layihədir. Layihə bu ilin may ayının 13-də rəsmi açıq elan edilmişdir və ilk addım İT-nin 4 istiqaməti üzrə əsas bilikləri xanımlarımıza öyrədən kursların keçirilməsi oldu. Müraciət edən 150-dən artıq xanımlardan 30 nəfər seçildi. Və son iki ay ərzində xanımlara peşəkar mütəxəssislər — Ramin Orucov, Anar Qocayev, Səfər Səfərov və Fərhad Kərimov tərəfindən Software, Database, Network və Server əsaslarını öyrədən kurslar keçirildi. Kursun sonunda xanımlar Microsoft MTA imtahanlarında iştirak ediblər və əksəriyyəti sertifikat almışdır. 

lkin mərhələnin – İT Fundamentals kurslarının yekunu olaraq dekabr ayının 13-də mükafatlandırılma mərasimi keçirilmişdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT inkişafına dəstək Fondu və özəl sektorda fəaliyyət göstərən digər qonaqlarında dəvət olunduğu tədbir xanımların mükafatlandırılması, layihə çərçivəsində görülən işlərə dair hesabat və gələcək mərhələlərin açıqlanması ilə yadda qalmişdir. 2016-ci ildə davam edəcək layihənin növbəti mərhələsindən xəbərdar olmaq istəyirsinizsə, goo.gl/2tOBSykeçiddən istifadə edərək, xəbərlərə abunə ola bilərsiniz.

Qeyd edək ki, WOWOMAN xanımların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır və mütəmadi olaraq xanımların inkişaf edə biləcəkləri və biliklərini artıracaqları seminarların, kursların və tədbirlərin təşkil olunması ilə məşğul olur. WOWOMAN komandasının qarşısına qoyduğu mühim məqsədlərdən biri də, xanımların İKT sektoruna olan marağını artırmaqdır. Məhz bu məqsədə nail olmaq üçün isə, WOWOMAN: Tech-Tech Xanım layihəsi yaradıldı.

İT biliklərin müasir iş mühitində rolu danılmazdır. Lakin, mövcud stereotiplər bu bacarıqların xanımlar tərəfindən çətin öyrənildiyini və, ümumiyyətlə, xanımlar üçün yararlı olmadığı deyir. WOWOMAN: Tech-Tech Xanımın məqsədi məhz bu stereotipi qırmaq, və xanımlarımızın İT bacarıqlarını inkişaf etdirməklə, onların mövcud iş imkanlarını artırmaqdır.

Posted by Technimum.com

Oxşar Məlumatlar

“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
18 İyun 2019
“Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu
Ətraflı
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
03 İyun 2019
"SEEDSTARS" AZƏRBAYCANDA ƏN YAXŞI STARTAP TAPMAQ ÜÇÜN BAKIYA GƏLİR
Ətraflı
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
24 May 2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisi tələbələrin istifadəsinə verildi .
Ətraflı