Barama Innovation and Entrepreneurship Center
Barama TV-nin ilk videoçarxı

Barama TV-nin ilk videoçarxı

17 December 2014

İnformasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edən Baramanın media qolu ilk işini internet istifadəçilərinin ixtiyarına verdi. 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin idarə heyətinin üzvləri İmran Bağırov Azercell-in yeni ideyalara verdiyi dəstəkdən və bu dəstəyin gənclər üçün önəmindən danışır. Bundan əlavə mərkəzin koordinatoru Kamran Səmədli burada Baramanın fəaliyyət istiqamətlərindən söhbət açır.


Qısa videoçarxda komandaların işi, toplantıları fasilə verdikləri zamanda məşğul olduqları əyləncələr, ofis əməkdaşları üçün verilən treininq görüntüləri əksini tapıb. 
4 dəqiqə 43 saniyəlik videoda “Barama” ofisinin həyatının qısa icmalı verilir: qapı açılır və siz artıq “Baramada”sınız. İlk baxışdan göz oxşayan rəngli interyer dizayn, al-əlvan rənglər, maraqlı aksessuarlar iş məkanını daha da komfortlu və rahat edir. Burada hər şey startup-lar üçündür və onların daha rahat çalışmasının təmin edilməsi məqsədi daşıyır. 


İlk video artıq Baramanın YouTube kanalında paylaşılıb.: https://www.youtube.com/channel/UCLirulu8oTCSoaRUM_3YHew


Video ilə bağlı rəy və təkliflərinizi bizə ünvanlaya bilərsiniz.

18 June 2019
03 June 2019
24 May 2019