Barama Innovation and Entrepreneurship Center
HackDay 2016-nın qalibi "WorksonMyMachine" komandası oldu.

HackDay 2016-nın qalibi "WorksonMyMachine" komandası oldu.

14 March 2016

Barama HackDay 2016 tədbirinin sonuncu mərhələsi - layihələrin qiymətləndirilməsi və mükafatlandırma mərasimi az əvvəl başa çatdı. 13 layihə 6 nəfərlik münsiflər heyyəti tərəfindən qiymətləndirildi.

 

 
Layihələr kodlaşma keyfiyyəti, innovativlik, funksionallıq, dizayn və təqdim olunma meyarlarına əsasən dəyərləndirilib. 4 saatlıq tədbirin sonunda qalib komandanın adı açıqlanıb. Münsiflər heyyəti tərəfindən ən yüksək balla qiymətləndirilən layihə Grocery on target olub. Komanda üzvləri Huawei şirkəti tərəfindən 3 ədəd Mate S smartfonu ilə mükafatlandırılıb.
 

 
2-ci və 3-cü yerləri müvafiq olaraq YouSoft və Bet365 komandaları tutub. Sözü gedən komandalara Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim olunub. Sonda Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov tədbir iştirakçılarına təşəkkürünü bildirib.
 

 
Qeyd edək ki, Azercell’in baş sponsorluğu, PAŞABank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarış bu gün fəaliyyətini uğurla sonlandırıdı. Yarış zamanı iştirakçıların qidaya olan təlabatı Pizza-Mizza restoranı tərəfindən ödənilib.

05 July 2019
18 June 2019
03 June 2019