Barama Innovation and Entrepreneurship Center
İsrail səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi

İsrail səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi

31 May 2018

 

“Azercell Telekom” MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub. Belə ki, İsrailin Azərbaycandakı səfiri cənab Dan Stav Barama Innovasiya və Sahibkarliq Mərkəzinin strategiyası, hədəfləri və maraqları barədə daha ətraflı məlumat əldə etmək üçün mərkəzdə qonaq olub. İsrail XİN-nin iki gənc diplomatı - xanım Hila Rouzfeldin, cənab Mayk Driquezin, Azercell-in Strategiya və İnnovasiya şöbəsinin  və Barama Mərkəzinin rəhbəri İmran Bağırovun, şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın və digər Azercell nümayəndələrinin iştirak etdiyi görüşdə startaplarla İsrail şirkətləri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. 

Səfir Dan Stav Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətini və yerli startaplara dəstəyin yüksək qiymətləndirdiyini vurğulayıb. Səfir bütün istiqamətlərdə Azərbaycan və İsrail arasında əlaqələrin genişləndirilməsində marağını ifadə edərək, gələcəkdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün çalışacağını bildirib.

Öz növbəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin gələcək fəaliyyəti, yaxın vaxtlarda həyata keçirəcəyi beynəlxalq layihələr haqqında qonaqlara məlumat verib.

17 November 2018
 Proqramçıların sevimli müsabiqəsi başlayır!
08 November 2018
Proqramçıların sevimli müsabiqəsi başlayır!
06 November 2018