Barama Innovation and Entrepreneurship Center
“Ümumdünya Start-up Müsabiqəsi” başlayır

“Ümumdünya Start-up Müsabiqəsi” başlayır

00 0000

Azercell Telekom MMC və PAŞA Bank yeni “Ümumdünya Startap Müsabiqəsi” layihəsinin başlandığını elan edir. Barama İnnovasiya Mərkəzi və İsveçrənin Seedstars şirkəti ilə birlikdə reallaşdırılan bu layihənin məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və innovativ ideyaları olan insanlara dəstək verməkdir.

“Ümumdünya Start-up Müsabiqəsi” ümumilikdə bu il ərzində 20 ölkədə keçiriləcək. Məhz “Azercell”-in dəstəyi nəticəsində ilk dəfə Azərbaycanlı gənclər də yarışmada iştirak haqqını qazanmış olurlar. Proqrama qatılan iştirakçılar informasiya texnologiyaları sahəsində biznes layihələrini təqdim edəcək və onları reallaşdırmaq üçün imkanlarla tanış olacaqlar qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. “Ümumdünya Start-up Müsabiqəsi” iştirakçılara sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, biznes ideyalarını həyata keçirmək və onları beynəlxalq səviyyədə təşviq etmək şansını yaradır.

Yarışmanın ilk mərhələsində daxil olan müraciətlər “Azercell”, PAŞA Bank və Seedstars şirkətlərinin mütəxəssisləri, həmçinin müstəqil ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək. Proqram çərçivəsində seçilmiş komandalara biznes layihələrində biliklərin tətbiqinə dair seminarlar təşkil olunacaq  Final tədbirdə qalib gələcək layihə müəllifləri müxtəlif hədiyyələr və ən əsası, 2014-cü ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində keçiriləcək Qrand Final tədbirində öz biznes ideyalarını beynəlxalq hakimlər qarşısında təqdim etmək şansını qazanacaq. Qalib çıxan komandalar texnologiya sahəsində təklif etdikləri biznes layihələrini reallaşdırmaq üçün investisiyalar, beynəlxalq mentor dəstəyi və Avropa ölkələrində özlərini tanıtmaq imkanını qazanacaqlar.

Mükafatlar:

1-ci yer - 2014-cü ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində keçiriləcək Qrand Final tədbirində 20 ölkə arasında öz biznes ideyasını beynəlxalq hakimlər qarşısında təqdim edəcək, mentorlarla təlim və investorlara layihələrini təqdim etmək şansını əldə edəcək.

2-ci yer - 2014-cü ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində keçiriləcək təlimdə iştirak və investorlara layihələrini təqdim etmək şansını əldə edəcək.  

3-cü və 4-cü yerin qaliblərinin hər birinə 2000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

 

Qeyd edək ki, Azərbaycanda bu proqramın final tədbiri 29 mart 2013-cü il “ABŞ təhsilli Azərbaycan məzunları” İB konfrans zalında keçiriləcək. Ümumdünya Startap Müsabiqəsi  haqqında məlumatıwww.seedstarsworld.com  internet səhifəsində əldə etmək mümkündür.

Müraciət üçün əlavə olunmuş müraciət formunu doldurun. Müraciətlər elektron variantda 10 mart 2013-cü il tarixinədək qəbul olunacaq.

14 June 2018
08 June 2018
01 June 2018