Barama Innovation and Entrepreneurship Center
WakeMeUp

WakeMeUp

Description

Hər il yüz mindən artıq insan sükan arxasında yuxuya gedərək qəza törədir. WakeMeUp, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Göz qapağının hərəkətinə əsaslanan qurğu insanın yatılı və yaxud oyaq olmasını müəyyən edir. Əgər göz qapağı iki saniyədən artıq qapalı olarsa, bunu müəyyən edən sensor dərhal xüsusi alqoritm ilə işləyən emal qurğusuna məlumatı göndərir. Emal qurğusu sensordan gələn siqnalı qəbul edərək 1 saniyə belə gecikmə olmadan eynək üzərində yerləşdirilmiş səs və vibrasiya sensorlarını işə salır. İnsan oyanaraq işinə davam edir. Hər dəfə yatmaq təhlükəsi yarananda cihaz bunu müəyyən edərək təhlükələrin qarşısını alır.